İcarəyə verilir 2 otaqlı yeni tikili 85 m², Nərimanov r.
Salam. Kirayə üçün təklif olunan mənzil yüksək yaşayış standartlarına cavab verən, tam ideal şəraitli mənzildir. Mənzil keyfiyyətli və etibarlı konstruksiyaya malik, möhkəmliyi ilə seçilən binada yerləşir. Sözügedən bina bu ərazidə tanınan, uzunömürlü və təhlükəsiz tikililər sırasındadır. Bu fakt, rahat və problemsiz yaşayış üçün mühüm üstünlükdür.
Mənzil yeni təmirlidir. Təmirdən sonra cəmi 3–5 ay yaşayış olub, bu səbəbdən mənzilin ümumi vəziyyəti demək olar ki, tam yenidir. Təmirdə keyfiyyətli materiallardan istifadə olunub, mənzil səliqəli, baxımlı və işıqlıdır. Yaşayış üçün bütün əsas şərait mövcuddur və əlavə xərc tələb etmir. Planlaşdırılması rahatdır, gündəlik yaşayış üçün əlverişli mühit yaradır.
Mənzil şəxsi mülkiyyətdir, sənədlərlə bağlı hər hansı bir problem mövcud deyil. Yalnız real və ciddi müştərilər üçün nəzərdə tutulub. Ailə üçün, eləcə də işləyən bəy və ya xanımlar üçün uyğun variant hesab olunur. Uzunmüddətli kirayə verilməsi üstünlük təşkil edir.
Qeyd etmək istərdim ki, mənzil əmlak şirkəti vasitəsilə təqdim olunur. Kirayə prosesində peşəkar xidmət göstərilir və bunun qarşılığında 30% məbləğində şirkət zəhmət haqqı mövcuddur. Zəhmət haqqı birdəfəlik ödənişdir və müqavilə əsasında, şəffaf şəkildə həyata keçirilir.
Mənzilə baxış keçirmək və ətraflı məlumat almaq üçün əlaqə saxlaya bilərsiniz. Ciddi niyyəti olan müştərilərin müraciəti xahiş olunur.



































































































































































































